Qarabağda rusiyalı sülhməramlı zabit minaya düşərək ölüb

Rusiya sülhməramlılarının zabiti Dağlıq Qarabağda, Şuşa ətrafında minaların təmizlənməsi zamanı ölüb.

Bu barədə RF Müdafiə Nazirliyi məlumat yayıb.

“17 dekabr tarixində Şuşa yaşayış məntəqəsi bölgəsində yolun bir hissəsinin minalardan təmizlənməsi zamanı partlayıcı qurğu işə düşüb. Partlayış nəticəsində Beynəlxalq Minalar Əleyhinə Mərkəzin minalardan təmizləmə qrupunun bir zabiti ağır yaralanıb”, – deyə nazirliyin məlumatında qeyd olunub.

Məlumatda bildirilir ki, “hərbi qulluqçuya dərhal tibbi yardım göstərilib, ancaq hospitala aparılan zaman nəqliyyat vasitəsində ölüb”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bolqarıstan Rusiyanın hərbi attaşesini ölkədən qovub –

Sonrakı məqalə

Ağdam rayonunun Ağdamkənd kəndindən görüntülər –