Rusiya Federasiya Şurasının rəsmisi Vladimir Cabarov Sofiyanın Rusiya səfirliyinin 70 əməkdaşını ölkədən çıxarmaq qərarından sonra rusiyalıları Bolqarıstan kurortlarına getməməyə çağırıb.
Azpost.info xəbər verir ki, o, bu barədə “Telegram” kanalında yazıb.
“Mən həmvətənlərimi Bolqarıstanın Qara dəniz sahilindəki bütün kurortlarını boykot etməyə çağırıram. Özünə hörmət edən avropalılar da Kiprə, Yunanıstana, Türkiyəyə üstünlük verərək Bolqarıstana getməyəcək”, – Cabarov deyib.
Sofiya iyunun 28-də rus diplomatlarını ölkədən çıxarmaq qərarı verib. Bu qərar rusların casusluqda şübhəli olması ilə izah edilib. Moskva bu ittihamları rədd edir.
Azpost.info
