“Bomba Ermənistan vasitəsi ilə göndərilib” –Rusiya Krım körpüsünü partladanların adını açıqlayıb

“Krım körpüsündə törədilən terror aktının təşkilatçısı Ukraynanın hərbi kəşfiyyatının rəhbəri Kirill Budanovdur”.

Bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilib ki, Krım körpüsündə terror aktının hazırlanmasında iştirak edən 12 nəfər müəyyən edilib, onlardan 8-i saxlanılıb. Bunlardan beşi Rusiya, üçü Ukrayna və Ermənistan vətəndaşlarıdır.

Qurumun məlumatında o da deyilir ki, terrorun törədildiyi bomba Odessadan Bolqarıstan, Gürcüstan və Ermənistan vasitəsilə göndərilib.

Əvvəlki məqalə

Bişkekdə Heydər Əliyev adına Məktəb-Gimnaziya təhsil-tərbiyə kompleksinin açılışı olub

Sonrakı məqalə

Bayden Putini “rasional oyunçu” adlandırdı –