Borca görə sabiq deputat Rəfael Cəbrayılovu məhkəməyə verən müəllimə vəfat edib

01 Sentyabr 2021 - 21:09

BDU-nun İngilis dili (humanitar fakültələr üzrə) kafedrasının baş müəllimi Xatirə Nəcəfova vəfat edib.

Bu barədə universitetin rəsmi “facebook” səhifəsində bildirilib.

Qeyd edək ki, dünyasını dəyişən X.Nəcəfova 300 min manat borca görə keçmiş deputat Rəfael Cəbrayılovu məhkəməyə vermişdi.