Boris Conson məzuniyyətini yarıda qoyaraq Londona qayıdır –Baş nazir postuna namizəd olacaq

Britaniyanın sabiq Baş naziri Boris Conson Dominikanda məzuniyyətini yarımçıq qoyaraq Londona qayıdır.
Azpost.info “The Times” nəşrinə istinadən bildirir ki, Conson Liz Trassın istefasından sonra bu qərarı qəbul edib. Dostları bildirib ki, bazar günü Conson Biritaniyada olacaq.
İngilis KİV-lərinin məlumatına görə, Conson Mühafizəkarlar partiyasından olan həmkarıları tərəfindən Baş nazir postuna geri qayıtmaq üçün çoxlu müraciətlər alır.

Liz Trassın istefasından sonra Conson Baş nazir kreslosu uğrunda yenibdən mübarizəyə qoşulacaq.

Mühafizəkarkar partiyasının yeni liderinin müəyəyn edilməsi sürətli qaydada aparılacaq və oktyabrın 28-də başa çatmalıdır. Yeni Baş nazirin adı oktyabrın 31-dən gec olmayaraq açıqlanmalıdır.

 

Əvvəlki məqalə

Binəli Yıldırım Qarabağda qəzaya düşdü –

Sonrakı məqalə

Azərbaycan və Türkiyə prezidentləri Cəbrayılda mətbuat üçün bəyanat veriblər