Boris Conson yenidən özünü təcrid edib

Böyük Britaniyanın Baş naziri Boris Conson “SARS-CoV-2” koronavirus testi müsbət nəticələnmiş bir şəxslə təmasda olduğu üçün yenidən özünü təcrid etmək məcburiyyətində qalıb.

Bu barədə “Daily Mail” nəşri məlumat yayıb.

Siyasətçi noyabrın 12-də bir qrup millət vəkili ilə görüşüb. Sonradan məlum olub ki, deputatlardan birinə – Li Andersona koronavirus diaqnozu qoyulubmuş.

Baş nazir bildirib ki, hazırda özünü yaxşı hiss edir və səhhətində COVID-19-un əlamətləri yoxdur. Conson əlavə edib ki, məsafədən işləməyə davam edəcək.

Qeyd edək ki, Britaniyanın Baş naziri bu ilin mart ayının sonunda koronavirusa yoluxmuşdu. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Suriyanın Xarici işlər naziri vəfat edib

Sonrakı məqalə

FHN Şuşa, Cəbrayıl, Zəngilan və Qubadlıda fəaliyyətə başlayıb