Avropa İttifaqının xarici işlər nazirləri oktyabrın 2-də Kiyevdə görüşəcəklər.
Azpost.info xəbər verir ki, bunu Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə Ali nümayəndəsi Jozep Borrel deyib.
Borrel sentyabrın 30-da elan olunmamış səfərlə Odessaya gəlib. O, dünən Kiyevdə Ukraynanın yüksək vəzifəli rəsmiləri, o cümlədən prezident Vladimir Zelenski, Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı, müdafiə naziri Rustem Umerov, daxili işlər naziri İqor Klimenko və xarici işlər naziri Dmitri Kuleba ilə görüşüb.
Azpost.info