Rusiya prezidenti Vladimir Putin hindistanlı həmkarı Draupadi Murmanı və Baş nazir Narendra Modini “Çandrayaan-3” kosmik stansiyasının Aya onun cənub qütbünün yaxınlığında uğurlu enişi münasibətilə təbrik edib.
Azpost.info xəbər verir ki, Putin kosmik gəminin enişinin kosmosun tədqiqində böyük uğur və addım olduğunu, Hindistanın elmi-texniki sahədə əldə etdiyi təsirli irəliləyişdən xəbər verdiyini bildirib.
Təbrik teleqramı Kremlin saytında dərc olunub.
Azpost.info
