Britaniyanın Baş Naziri deputatlara çağırış etdi:"Parlamenti yeniləməyin vaxtı çatıb"

Böyük Britaniyanın Baş Naziri Boris Conson parlament üzvlərinə çağırış edib.

Azərtac xəbər verir ki, İcmalar Palatası tərəfindən dekabrın 12-də növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı təklifi rədd edilən Baş Nazir yenidən səsvermə keçirilməsini istəyir.

Palatada çıxış edən Baş Nazir parlamenti yeniləməyin və xalqın seçim etməyinin vaxtının gəlib çatdığını söyləyib.

Leyboristlər Partiyası ölkədə növbədənkənar seçkilərin keçirilməsi barədə qanun layihəsini dəstəkləyəcəyini açıqlayıb. Partiyanın rəhbəri Ceremi Korbin dəyişiklik üçün ölkə tarixində ən iddialı və radikal kampaniya aparacaqlarını bildirib. Onlar 16-17 yaşda olanlara, həmçinin Avropa İttifaqı ölkələrinin vətəndaşlarına da növbədənkənar seçkilərdə səsvermə imkanının verilməsini təklif edəcəklər.

Xatırladaq ki, Baş Nazir Boris Conson üç dəfə deputatlardan növbədənkənar seçkilərin təsdiqlənməsini istəsə də, onun tələbi rədd edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Belə getsə, filmlərimizdə, seriallarda texniki musiqidən başqa musiqi görməyəcəyik”

Sonrakı məqalə

Milyonçu Şəmsi Əsədullayev və Musa Nağıyevin erməni nəticəsi: