Bu ilin aprel ayında Böyük Britaniyanın büdcə kəsiri rekord 62,1 mlrd. funt sterlinq (75,8 mlrd. dollar) təşkil edib ki, bu da 1993-cü ildən bəri qeydə alınmış ən yüksək göstəricidir.
“APA-Economics”in “Bloomberg”ə istinadən verdiyi məlumata görə, Böyük Britaniyanın dövlət borcunun ÜDM-ə nisbəti isə 98%-ə çataraq 1963-cü ildən bəri maksimum həddə çatıb.
Qeyd edək ki, sözügedən iqtisadi göstəricilərin kəskin dəyişməsi hökumətin COVID-19 pandemiyasından təsirlənən iqtisadi kollapsın qarşısını almaq üçün görünməmiş miqyasda yardım paketinin təqdim etməsi və bunun nəticəsi kimi, yüksək borclanma fonunda baş verib.