Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İqtisadiyyat

BP “Şahdəniz”də neft çənlərinə baxış üçün ilk dəfə dronlardan istifadə edib

User 20 İyun 2024 - 15:26 (Last updated: 21 May 2025 - 20:15)
dron bp

BP Xəzər dənizindəki obyektlərində iri çənlərə texniki baxış keçirmək üçün qabaqcıl dron texnologiyasının tətbiqinə başlayıb.

“BP-Azerbaijan” şirkətindən verilən məlumata görə, şirkət ilk dəfə olaraq “Şahdəniz Alfa” platformasında boş çənlərə texniki baxış keçirmək üçün “Elios 3” dronlarından istifadə edib.

Bu, BP-nin regiondakı əməliyyatlarının təhlükəsizliyi və səmərəliliyinin artırılması üçün tətbiq olunan texnoloji ilklərdən biridir. Bu yeniliyin sürət və etibarlılıq kimi bir sıra əlavə üstünlükləri də var – onun sayəsində bu əməliyyata insan müdaxiləsinə ehtiyac qalmır, iş sürətlə və çevik yerinə yetirilir. Əlavə olaraq, bu innovativ texnologiyanın tətbiqi ardıcıl və daha dəqiq texniki baxış məlumatlarının əldə olunmasını təmin etməklə əməliyyat qərarlarının qəbuluna kömək edəcək.

“Şahdəniz Alfa” platformasında boş çənlərin dronlar vasitəsilə yoxlanılması bu innovativ texnologiyanın bp-nin Xəzərdəki obyektlərində ilk tətbiqidir. “Elios 3” dronları ilə çənlərə texniki baxış keçirmək ənənəvi olaraq bu işə sərf etdiyimiz vaxtın çox cüzi bir hissəsinə başa gəlir. Başqa sözlə, insan əməyi ilə dörd həftəyədək vaxt aparan texniki yoxlamanı dronlar faktiki olaraq cəmi 45 dəqiqəyə yerinə yetirir və bu isə əməliyyatlarda maksimum fasiləsizliyə şərait yaradır.

“Ən vacib məqam isə odur ki, bu texnologiya əsas prioritetimiz olan əməyin təhlükəsizliyinin təmin olunmasında ciddi transformativ irəliləyişdir. Daha geniş mənada, dəniz əməliyyatlarında dronlardan istifadə texniki təhlükəsizlik və əməliyyatların mükəmməlliyi baxımından sənayemizdə yeni standart müəyyən edir”, – BP-nin hasilat üzrə vitse-prezidenti Elxan Məmmədov bildirib.

Bu uğura əsaslanaraq, bp bu regiondakı əməliyyatlarında “Elios 3” dronlarından daha geniş miqyasda, münasib və tələblərə uyğun şəkildə qeyri-karbohidrogen maye üçün tutumların və çənlərin vizual texniki baxışı üçün də istifadə etməyi planlaşdırır.

Bu, BP-nin regional əməliyyatlarında çənlərin yoxlanılması və təmizlənməsi üçün texnologiyadan istifadə etdiyi ilk hal deyil. 2019-cu ildə şirkət Səngəçal terminalında xam neft saxlama çənlərinə texniki baxış keçirmək üçün ilk dəfə olaraq sürünən robotlardan istifadəyə başlayıb. Həmin vaxtdan, bu innovasiyanın tətbiqi irihəcmli xam neft çənlərinin təmizlənməsində insan əməyini əhəmiyyətli dərəcədə azaltmaqla yanaşı, profilaktik işlərin fasiləsiz aparılmasını və nəticə etibarilə, xərclərə xeyli qənaət olunmasını təmin edib.

Post navigation

Previous: Raya Nazaryan Bolqarıstan parlamentinin sədri seçilib
Next: 60 yaşlı Bred Pitt yenidən evlənməyə hazırlaşır

Oxşar xəbərlər

ciraq
  • İqtisadiyyat

“Çırağ”ın gətirdiyi qazanc…- 29 ilə 60 mlrd dollar

User 07 Noyabr 2026 - 13:17
neft
  • İqtisadiyyat

Azərbaycan neftinin qiyməti 107 dolları ötüb

User 07 Noyabr 2026 - 10:26
qaz tebii
  • İqtisadiyyat

Türkiyə Rusiyadan qaz alışını azaldır – Bayraktar səbəbi açıqladı

User 06 Noyabr 2026 - 19:32

xƏBƏR

ilham aliyev
  • Baş Yazı

Mədəniyyət xadimləri İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

User 07 Noyabr 2026 - 18:15
Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. Təbrikdə deyilir: “Möhtərəm cənab Prezident, 8...
Read more about Mədəniyyət xadimləri İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Türkiyə Orta dəhlizlə bağlı planlarını açıqladı – Hakan Fidandan açıqlama Hakan Fidan
  • Dünya

Türkiyə Orta dəhlizlə bağlı planlarını açıqladı – Hakan Fidandan açıqlama

User 07 Noyabr 2026 - 16:50
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib sevinc
  • Sosial

Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib

User 07 Noyabr 2026 - 15:32
Ukrayna ilə danışıqlara Putinin əsas adamları gedir – Heyətdə kimlər var? rus ukr bayraq
  • Dünya

Ukrayna ilə danışıqlara Putinin əsas adamları gedir – Heyətdə kimlər var?

User 07 Noyabr 2026 - 15:04
TRIPP layihəsi regionda hansı dəyişikliklərə yol aça bilər? – ABŞ-dan mesaj abs sefir ermenis
  • Dünya

TRIPP layihəsi regionda hansı dəyişikliklərə yol aça bilər? – ABŞ-dan mesaj

User 07 Noyabr 2026 - 14:59
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.