Braziliyanın sabiq prezidenti korrupsiyaya görə həbs edilib

Braziliyanın keçmiş prezidenti Fernando Kolor di Melu korrupsiya işi ilə bağlı 8 il 10 ay həbs cəzasına məhkum edilib.

Azpost.info xəbər verir ki, Braziliyanın Ali Məhkəməsi 73 yaşlı keçmiş dövlət başçısını rüşvətxorluq və çirkli pulların yuyulmasında təqsirli bilib.

Məhkəmə sübut edib ki, 2010-2014-cü illərdə prezidentlikdən getdikdən sonra Senatın üzvü olan Kolor de Melu neft şirkəti “Petrobras”ın törəməsi olan “BR Distribuidor” enerji şirkətindən külli miqdarda rüşvət alıb.

Melu hökmdən şikayət verə bilər.

Azpost.info

Əvvəlki məqalə

MKİ direktoru son 11 ildə ilk dəfə Yunanıstana səfər edib

Sonrakı məqalə

Nazirlik Türk dünyası coğrafiyası, ədəbiyyatı və əlifbası dərslikləri ilə bağlı məsələyə aydınlıq gətirib