Britaniya Baş naziri Avropa Ittifaqının sədrinə imzasız məktub göndərib

Böyük Britaniyanın Baş Naziri Boris Conson “Brexit” prosesini 2020-ci il yanvarın 31-dək təxirə salınmasını xahiş edib.

Trend-in “RİA Novosti”yə istinadən vediyi məlumata görə, bu barədə B.Consonun Avropa İttifaqı Şurasının sədri Donald Tuska ünvanladığı məktubda deyilir.

Məktubda qeyd olunur ki, əgər tərəflər həmin tarixədək Aİ-dən çıxmaq barədə sazişi ratifikasiya edə bilsələr, “Brexit” prosesi bundan əvvəl yekunlaşacaq.

Məlumata əsasən, baş nazir Boris Consonun ünvanladığı məktubun fotosurətində baş nazirin imzası yoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Niyə bəzi insanlar yuxu görür, bəziləri yox? –

Sonrakı məqalə

9 ayda 500 milyon dollarlıq kənd təsərrüfatı məhsulları ixrac edilib