Niyə bəzi insanlar yuxu görür, bəziləri yox? –Araşdırma

Yuxular bizi məntiq və sağlam düşüncədən uzaq sürrealistik dünyaya aparır. Bəs hamı xəyali diyara gecə səyahəti edə bilirmi? İnsanların çoxu həftədə təxminən bir və ya iki yuxu yadında saxlaya bilir. Bəziləri isə ümumiyyətlə yuxu görmədiyini deyir. 2015-ci ildə aparılan araşdırma göstərib ki, 250 nəfərdən təxminən 1-i bütün həyatı boyu bircə dəfə də olsun gördüyü yuxunu xatırlamadığını söyləyir.

Araşdırmanın müəllifi, Kaliforniya Universitetində yuxu və yuxu görmələrin tədqiqi üzrə ekspert, neyrobioloq Rafael Vallat (Raphael Vallat) yuxunu insan düşüncəsinin son sərhədlərindən biri hesab edir. Demək olar hamı yuxu görür. Əslində, yuxular problemlərin həllinə, yaddaşın möhkəmləndirilməsinə və emosiyalara nəzarət etməyə kömək edə bilər.

Bu zaman mütəxəssislər hesab edir ki, yuxuları unutmaq sağlamlıq və beynin fəaliyyəti baxımından tamamilə normal haldır. Bir qayda olaraq, yuxularla bağlı xatirələr tez yaddan çıxır. Yuxudan ayılanda yaddaşımız xüsusilə həssas olur. Lakin məlum olmayan səbəblərə görə bəzi insanlar yuxularını daha yaxşı yadda saxlayır. Bu sahədə elm hələ çox yol qət etməlidir. Ancaq, deyəsən, beyinlərdəki fərq, fərdi xarakteristikalar və yuxu ilə bağlı aspektlə rbu prosesdə müəyyən rol oynayır.
2017-ci ildə Amerika Psixoloqlar Assosiasiyasının jurnalında dərc edilən araşdırmanın nəticələrinə əsasən, yuxu görənlər və yuxu görməyənlər arasında bəzi şəxsi fərqlər var. Tədqiqat “Böyük Beşlik” konsepsiyası kimi şəxsiyyət testləşdirilməsi metodlarına əsaslanıb. Bu, şəxsi özəlliklərin yuxu yaddaşına təsirini başa düşmək üçün lazımdır.

İdeya ondan ibarətdir ki, həyatın bəzi aspektrləri yuxuların bəzi askeptlərinə təsir göstərə bilər. Və şəxsiyyətin növü, çox güman, insanın ümumilikdə yuxu görməyə münasibətinə təsir edir. Məntiqi və analitik düşüncə tərzinə meylli olanlar böyük ehtimalla yuxulara diqqət yetirməyəcək.

Gecə yaxşı yuxu nəinki sağlamlığa, həmçinin yuxu yaddaşı üçün faydalıdır. “Yuxulardan məhrum” insanlar adətən yuxusuzluqdan əziyyət çəkən, narahat yatan insanlardır. Alimlər hesab edir ki, tam yuxu yuxuları daha yaxşı yadda saxlamağa kömək edir.

Vallatın sözlərinə görə, alkoqol və marixuanadan istifadə edən insanlar da yuxularını yaddan çıxarmağa meylli olurlar. Çünki spirtli içkilər və narkotik maddələr tez yuxu mərhələsinə mənfi təsir göstərir. Yuxu görüb görmədiyinizdən əmin olmaq istəyirsinizsə, sınaqdan keçirilmiş bir üsuldan istifadə edə bilərsiniz. Bunun üçün gecə ərzində hər bir saatdan bir zəngli saatı qurmaq lazımdır. Hər dəfə oyananda özünüzə belə bir sual verməli olacaqsınız: “Yatmışdımmı?” Və sualın cavabını qeyd etmək lazımdır. Çox güman, etiraf etməli olacaqsınız ki, gecənin müəyyən bir hissəsində yuxu görmüsünüz..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Terrorla mübarizə aparan hər kəs Türkiyəni dəstəkləməlidir” –

Sonrakı məqalə

Britaniya Baş naziri Avropa Ittifaqının sədrinə imzasız məktub göndərib