“Mühafizəkarlar Partiyasının yeni lideri və Böyük Britaniyanın Baş naziri postuna ən yaxşı namizəd Boris Consondur”
Azpost.info xəbər verir ki, bunu Avropa İttifaqının keçmiş yüksək vəzifəli rəsmisi Frensis Koul deyib.
O qeyd edib ki, bəzi deputatlar hələ də seçicilər arasında populyar olan keçmiş Baş nazir Boris Consonu geri qaytarmaq istəyirlər.
Eyni zamanda, Koul Consonun namizədliyinin çox riskli ola biləcəyinə diqqət çəkib: “Koronavirus pandemiyasının ortasında Consonun ziyafətlər təşkil etməsi və adının bununla bağlı parlament araşdırmasında hallanması səbəbindən mühafizəkarlar üçün onu seçmək çox risklidir”.
Azpost.info
