Britaniyada keçmiş Rusiya casusu Sergey Skripal və qızı Yuliyanın zəhərlənməsi ilə bağlı aparılan cinayət təhqiqatında Rusiyanın üçüncü vətandaşına qarşı ittiham irəli sürülüb.
Britaniya polisinin verdiyi məlumata görə söhbət Rusiya Baş Kəşfiyyat İdarəsi – GRU-nun agenti olduğu ehtimal edilən Denis Sergeyevdən gedir. O həmçinin Sergey Fedotovun adına sənədlərdən istifadə edib.
Məlumatda deyilir ki, o bundan əvvəl Skripalların zəhərlənməsində ittiham edilən Anatoli Çepiqa və Aleksandr Mişkinlə (onlar habelə Ruslan Boşirov və Aleksandr Petrov kimi tanınırlar) birlikdə 2018-ci ildə Solsberidə keçirilmiş zəhərləmə əməliyyatında birbaşa iştirak eib.
Bu hadisə nəticəsində GRU-nun keçmiş agenti Skripal və onun qızı ağır vəziyyətdə xəstəxanaya yerləşdiriliblər.
Təhqiqat ata və qızın sovet zəmanəsindən qalma Noviçok maddəsi ilə zəhərləndiklərini göstərib. Skripalların zəhərlənməsindən bir neçə ay sonra Britaniya vətəndaşı olan bir qadın eyni maddədən zəhərlənərək vəfat edib. Onun təsadüfən zəhərləndiyinə inanılır.
Sergey Fedotov (eyni zamanda Denis Sergeyev – red) haqqında ilk dəfə iki il bundan əvvəl Bellingcat təhqiqat qrupunun üzvləri xəbər vermişdilər. Petrovun və Boşirovun əsl soyadlarını da bu qrup aşkara çıxarmışdı.
O vaxt Petrov və Boşirov adlandırılan iki nəfər RT teklekanalının efirinə çıxmış və Skripalları zəhərləmədiklərində israr etmişdilər.
Onlar Britaniyaya guya damında şpil olan qədim məbədə baş çəkmək üçün gəkldiklərini bildirmişdilər.
Bu iki nəfər o vaxtdan bəri heç yerdə görünməyib.
UK authorities have just announced Denis Sergeev, who travelled to the UK under the alias Sergey Fedotov, has been charged as the third suspect in the poisoning of Sergei Skripal. Bellingcat first revealed Sergeev's involvement in the poisoning two and a half year ago. pic.twitter.com/CefEFWCDrh
— Bellingcat (@bellingcat) September 21, 2021