Britaniya hüquq-mühafizə orqanları Rusiya xüsusi xidmət orqanlarına casusluq etməkdə şübhəli bilinən üç nəfəri saxlayıb.
Azpost.info xəbər verir ki, bunlar Bolqarıstan vətəndaşları Orlin Rusev (45 yaş), Bizer Cambazov (41 yaş) və Katrina İvanovadır (31 yaş).
Saxlanınanlar şəxsiyyəti müəyyən edən saxta sənədləri saxlamaqda ittiham və onlardan qanunsuz niyyətlə istifadə etməkdə ittiham olunurlar. Sənədlər arasında Böyük Britaniya, Bolqarıstan, Fransa, İtaliya, İspaniya, Xorvatiya, Sloveniya, Yunanıstan və Çexiya pasportlarına rast gəlinib.
Şübhəlilər uzun illər Böyük Britaniyada yaşayıblar. Onlar ölkədə olduqları müddətdə bir neçə dəfə ünvanlarını dəyişiblər. Məsələn, Rusiyada bizneslə məşğul olan Rusev 2009-cu ildə Böyük Britaniyaya köçüb və üç il maliyyə xidmətləri sənayesində texniki vəzifədə çalışıb.
Azpost.info
