Britaniya hökumətinin daha bir naziri Consonun namizədliyini dəstəklədi

Britaniyanın müdafiə naziri Ben Uolles Baş nazir postuna və Mühafizəkarlar Partiyasının liderliyinə namizəd olmayacağını bildirib.

Azpost.info xəbər verir ki, Uolles müdafiə naziri kimi ölkənin təhlükəsizliyinin təmin olunmasına daha böyük töhfə verəcəyini deyib.

“Bu, mənim gördüyüm və davam etdirmək niyyətində olduğum işdir. Ona görə də bu dəfə Baş nazirliyə namizədliyimi irəli sürməyə hazırlaşmıram”, – nazir qeyd edib.

Uolles keçmiş Baş nazir Boris Consonun namizədliyini dəstəklədiyini də bəyan edib.

Qeyd edək ki, Britaniyanın enerji naziri Ceykob Ris-Moqdan da Boris Consonun namizədliyini dəstəkləyib.

Azpost.info

Əvvəlki məqalə

“Avropanın strateji mərkəzi Şərqə doğru yön alır” 

Sonrakı məqalə

“Putin indi keçmişə nisbətən daha yumşaq, danışıqlara daha açıqdır”