Britaniya Kralı III Çarlz Pasxa mərasimində iştirak edib

Böyük Britaniya Kralı III Çarlz fevral ayında xərçəng diaqnozu qoyulmasından sonra ilk dəfə böyük tədbirdə iştirak edib.

O, Berkşirdə, Vindzor qəsri ərazisində yerləşən Müqəddəs Georgi kilsəsində keçirilən Pasxa mərasiminə qatılıb.

Kral Çarlz, Kraliça Kamilla ilə birlikdə bazar günü ibadətindən sonra toplaşan izdihamla danışıb, insanların əllərini sıxıb.

Uels şahzadəsi Uilyam və Keyt Middleton isə mərasimdə iştirak etməyib, çünki Keyt xərçəng müalicəsini davam etdirir.

Qeyd edək ki, Kral ona xərçəng diaqnozunun qoyulmasından bəri bəzi işlərini davam etdirsə də, gördüyü işlər ictimaiyyətin iştirakı olmadan keçirilib.

Əvvəlki məqalə

Türkiyədə bələdiyyə seçkilərində səsvermə başa çatıb

Sonrakı məqalə

İran və Türkiyə prezidentləri arasında telefon danışığı olub