Böyük Britaniya kralı III Çarlzın monarx kimi ilk xarici dövlət səfəri Almaniyaya olub.
Azpost.info xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Məlumata görə, Berlinin Brandenburq hava limanında Çarlz və xanımı Kamillanı Almaniya prezidenti Frank-Valter Ştaynmayer və həyat yoldaşı Elke Budenbender təntənəli mərasimlə qarşılayıblar.
Kralın gəlişi ilə əlaqədar Berlində təhlükəsizlik tədbirləri gücləndirilib, 900 polis əməkdaşı məhz bu məqsədlə xidmətə cəlb olunub.
Almaniyaya gəlməzdən əvvəl kral Çarlz və Kamilla bu ölkəni xüsusi edən bütün insanlarla görüşməyi səbirsizliklə gözlədiklərini bəyan etmişdilər.
Sabah Çarlz Almaniya parlamentinin aşağı palatası olan Bundestaqda çıxış edəcək. Daha sonra o, Rusiyanın təcavüzündən Almaniyaya sığınan ukraynalı qaçqınlarla görüşəcək.
Azpost.info
