Britaniya müdafiə strategiyasını dəyişir –

Əsgərləri və tankları azaldır, PUA-ları artırır
24 Mart 2021 - 01:35

Böyük Britaniya müdafiə strategiyasını dəyişdirir.

Dəyişikliyə əsasən, ordudakı əsgərlərin sayının azaldılması, müdafiə strategiyasında robotlar, pilotsuz təyyarələr və kiber müharibə texnologiyasına diqqət yetirilməsi planlaşdırılıb.

Hazırlanan yeni müdafiə strategiyasında tank və döyüş təyyarələrinin sayının azaldılması, hərbi gəmilərin, sualtı qayıqların və dəniz piyadalarının isə sayının artırılması gözlənilir.

Azaldılması düşünülən əsgər sayının son dəyişikliklərlə 70 min nəfərə endirilməsi planlaşdırılır. Britaniya ordusundakı əsgər sayı 80 min nəfərdir.

Bu, Soyuq Müharibə bitdikdən sonra orduda alınan ən böyük dəyişiklik və investisiya planıdır.