Britaniya öz vətəndaşlarını Rusiyanı tərk etməyə çağırıb

Böyük Britaniyanın Xarici İşlər Nazirliyi Rusiyaya səfərləri vacib olmayan vətəndaşlarına bu ölkəni tərk etməyi tövsiyə edir.

TASS agentliyinin xəbərinə görə, Birləşmiş Krallığın xarici siyasət idarəsi, həmçinin öz vətəndaşlarını vətənə qayıtmaq üçün uçuş variantlarının olmaması və Rusiya iqtisadiyyatının qeyri-stabilliyi səbəbindən bu ölkəyə səfərlərdən imtina etməyə çağırıb.

Xatırladaq ki, Avropa İttifaqı, Kanada, ABŞ və dünyanın bir çox digər ölkələri Moskvanın Ukraynaya qarşı apardığı müharibə səbəbindən öz hava məkanlarını Rusiya təyyarələri üçün bağlayıb və bu ölkəyə qarşı geniş sanksiyalar tətbiq edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Avropa İttifaqında ən çox və ən az işsiz hansı ölkələrdədir? –

Sonrakı məqalə

İran şahının oğlu Zelenskini dəstəklədi, Moskvaya etiraz etdi –