Avropa İttifaqında ən çox və ən az işsiz hansı ölkələrdədir? –SİYAHI (RƏSMİ)

Yanvar ayında Latviyada işsizlik səviyyəsi 7,3 faiz təşkil edib ki, bu da Avropa İttifaqı (Aİ) və avrozona üzrə ortalama göstəricidən yüksəkdir.

Bu barədə Avropa Statistika Bürosu (“Eurostat”) məlumat yayıb.

Bildirilib ki, yanvar ayında Aİ-yə üzv ölkələr arasında ən yüksək işsizlik səviyyəsi Yunanıstan (13,3 faiz), İspaniya (12,7 faiz), İtaliya (8,8 faiz) və İsveçdə (8 faiz) olub.

Yanvar ayında ən aşağı işsizlik səviyyəsi isə Çexiyada (2,2 faiz), Polşada (2,8 faiz), Almaniya və Maltada (3,1 faiz), Hollandiyada (3,6 faiz) və Macarıstanda (3,8 faiz) qeydə alınıb. Estoniyada işsizlik səviyyəsi İrlandiyada olduğu kimi 5,3 faiz, Litvada isə Fransada olduğu kimi 7 faiz təşkil edib.

Mövsümi düzəliş edilmiş rəqəmlərə əsasən, yanvar ayında Aİ-də işsizlik orta hesabla 6,2 faiz təşkil etdiyi halda, avrozonada bu rəqəm 6,8 faizə çatıb.

“Eurostat”ın məlumatına görə, yanvar ayında ittifaqda 13,346 milyon insan işsiz olub. Onların 11,225 milyonu avrozonadadır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İki ayda 92 milyon dollarlıq meyvə-tərəvəz ixrac olunub

Sonrakı məqalə

Britaniya öz vətəndaşlarını Rusiyanı tərk etməyə çağırıb