Britaniya Putinin terrorla bağlı Ukraynanı ittiham etməsindən narahatdır

Böyük Britaniya Moskva vilayətindəki “Crocus City Hall”da baş vermiş terror aktı fonunda Rusiya Prezidenti Vladimir Putinə xəbərdarlıq edib.

Bu barədə “The Telegraph”a Britaniya təhlükəsizlik xidmətlərindəki yüksək vəzifəli mənbə bildirib.

Nəşr bildirib ki, Putin bundan Ukraynaya qarşı müharibəni gücləndirmək üçün “bəhanə” kimi istifadə edəcək.

“Putinin bütün bu hadisələri Ukraynanın üzərinə atması təəccüblü deyil. Çünki o, Rusiya daxilində parçalanma olmadığını iddia edərək rus xalqını daha da aldatmağa çalışır. O, bu uydurma ilə Ukraynada qeyri-qanuni başlatdığı müharibəni gücləndirmək istəyir”, – nəşr yazır.

Əvvəlki məqalə

Xəzər dənizində zəlzələ olub

Sonrakı məqalə

Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb