Britaniya Rusiya səfirliyinin əməkdaşlarını ölkədən qovacaq- Səfirdən AÇIQLAMA

Böyük Britaniya Rusiyanın Londondakı səfirliyinin əməkdaşlarını geri göndərməyə hazırlaşır.

Azpost.info xəbər verir ki, bu barədə Rusiyanın Britaniyadakı səfiri Andrey Kelin bildirib.

Onun sözlərinə görə, bunu Ukraynada hərbi əməliyyatların başlanmasının ildönümünə qədər reallaşdırmaq istəyirlər və artıq hazırlıq işləri gedir.

“Ukraynada xüsusi hərbi əməliyyatın başlanmasının ildönümü üçün hazırlana biləcək sürprizləri istisna etmirəm. Biz bilirik ki, hazırlıq gedir və hansı çətinliklər olacaq, biz bunu görəcəyik”, – Kelin bildirib.

Azpost.info

Əvvəlki məqalə

Nişanlısının meyitini ağlayaraq gözləyən oğlan hamını göz yaşına qərq etdi –

Sonrakı məqalə

“Mingəçevir Elektrik Stansiyasının önəmi İkinci Qarabağ müharibəsi zamanı bir daha bəlli oldu”