Britaniya Rusiyaya yenə sanksiyalar tətbiq edir –Gəmilər limana buraxılmayacaq, hesablar dondurulacaq

Britaniyanın xarici işlər naziri Elizabet Trass Rusiyaya qarşı yeni sanksiyaların hazırlandığını açıqlayıb. 

Azpost.info bildirir ki, bu barədə o, İcmalar Palatasında çıxışı zamanı deyib.

Bu sankisyalara görə, Rusiya gəmiləri Britaniya limanlarına buraxılmayacaq, təyyarələri hava limanları qəbul etməyəcək.

Yeni sanksiya elementləri Rusiya maliyyə  sektoruna da şamil olunacaq. Rusiya bankları funt sterlinqlə nağdsız ödənişləri həyata keçirə bilməyəcklər. Trassın sözlərinə görə, Rusiya ticarətinin 50 faizi dollar və funtla aparılır. “Sanksiyalar qüvvəyə minən kimi biz onu Rusiyanın ən nəhəng bankı olan “Sberbank”a tətbiq edəcəyik”.

O, həmçinin deyib ki, 3 bankın -VEB, “SovKomBank” və bank “Otkrıtie”nin aktivləri tam olaraq dondurlacaq.

Sanksiyaların ikinci elementi Rusiyaya yüksək texnologiyaların -mikroelektronika, dəniz və naviqasiya avadanlıqlarının verilməsinin qadağan olunmasıdır. Bu hərbi-sənaye potensialının qarşısını alacaq.

Britaniyanın nəqliyyat naziri Qrant Şepps bildirib ki, ölkəsi Rusiya gəmilərinə limanlarına daxil olmağı qadağan edir.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ukrayna təslim olan hər rüs əsgərinə 5 milyon veriləcəyini açıqlayıb

Sonrakı məqalə

Kiyevdən çıxarılan azərbaycanlı tələbələr Moldovaya yola salınıb