Ukrayna təslim olan hər rüs əsgərinə 5 milyon veriləcəyini açıqlayıb

“Sizi bizim torpaqlarımıza öldürmək və ölmək üçün gətiriblər. Qatil olub ölmək istəməyənlər qaça bilər. Ukrayna və ukraynalılar haqqında illərdir sizə yalan danışanların cinayət əmrlərinə tabe olmayın! Zəmanət veririk, əgər silahlarınızı könüllü olaraq yerə qoysanız, sizə tam amnistiya və pul kompensasiyası veriləcək”.

Azpost.info xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Aleksey Reznikov rus əsgər və zabitlərinə müraciətində deyib. Nazir onlara 2 seçim təklif edib: ya ədalətsiz müharibədə ölmək, ya da silahı yerə qoyub təslim olmaq müqabilində tam amnistiya və 5 milyon rubl təzminat.

Reznikovun sözlərinə görə, əsirlərin hamısı təhlükəsiz şaraitdədir və onlara köməklik göstərilir: “Yeni həyata başlamaq şansınız var. Seçim edin. Ağ bayraqla, silahsız çıxın. Şifrə sözünü deyin – “milyon”. İşğalçı kimi davranmağa davam edənlərə mərhəmət olunmayacaq”, – müdafiə naziri bildirib.

Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Avropa İttifaqı Rusiyanın tanınmış şəxslərinə sanksiya tətbiq etdi –

Sonrakı məqalə

Britaniya Rusiyaya yenə sanksiyalar tətbiq edir –