Britaniya səfiri Azərbaycan xalqını təbrik edib

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Fergus Auld Azərbaycan xalqını Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edib.

Səfir 2022-ci ilin möhtəşəm bir il olduğunu bildirib.

“2023-cü ildə qarşımızda daha böyük hədəflər dayanır və onlara birgə nail olacağımıza inanıram. Necə deyərlər – El bir olsa, dağ oynadar yerindən.

Bütün Azərbaycan xalqını Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edirəm!”, – deyə Fergus Auld vurğulayıb.

Əvvəlki məqalə

Sülhməramlıların avtomobilləri Laçın yolundan maneəsiz keçib

Sonrakı məqalə

2022-ci ildə xaricə ən çox bu 3 məhsulu ixrac etmişik –