2022-ci ildə xaricə ən çox bu 3 məhsulu ixrac etmişik –SİYAHI

Azərbaycanda cari ilin yanvar-noyabr aylarında ixrac edilən qeyri-neft məhsulları siyahısında karbamid birinci olub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın noyabr sayının məlumatına görə, on bir ayda ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında karbamid (198,6 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pambıq mahlıcı (161,1 milyon dollar) ikinci, qızıl (156,1 milyon dollar) isə üçüncü yerdədir.

Bu ilin noyabr ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında emal olunmamış aşqarlanmamış alüminium (19,8 milyon dollar) birinci, karbamid (16,9 milyon dollar) ikinci və pomidor (tomat) (13,7 milyon dollar) üçüncü olub.

Əvvəlki məqalə

Britaniya səfiri Azərbaycan xalqını təbrik edib

Sonrakı məqalə

Yeni ilin ilk günü üçün hava proqnozu