“Britaniya tankları da Ukraynada o birilər kimi yanacaq”- PESKOV

“Kreml Britaniyanın Ukrayna ordusunu “Challenger 2” tankları ilə təchiz etmək planlarını mənfi qiymətləndirir”.

Azpost.info xəbər verir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirib.

“Çox mənfi qəbul edirik, münasibətimizi gizlətmirik. Britaniya, Polşa, digər Avropa ölkələri Ukraynaya yeni, texnoloji cəhətdən inkişaf etmiş hərbi texnikanın tədarükünün yeni mərhələsini təşkil etmək niyyətindən danışırlar. Başa düşməlidirlər ki, bu yolla münaqişəni uzadacaqlar, Ukrayna dövlətinə daha çox bəla gətirəcəklər”, – Peskov bildirib.

Onun fikrincə, Qərb Ukraynadan özünün anti-Rusiya məqsədlərinə çatmaq üçün alət kimi istifadə edir”: “Xüsusi hərbi əməliyyat davam etdiriləcək. Bunu heç nə dəyişə bilməz. Bu tanklar qalanları kimi yanmağa davam edəcək. Xüsusi hərbi əməliyyatın məqsədlərinə nail olunacaq”, – Peskov deyib.

Yanvarın 15-də Britaniyanın Baş naziri Rişi Suknak yaxın həftələrdə Ukrayna qoşunlarına 14 ədəd “Challenger 2” tankından ibarət eskadron göndərmək planlarını açıqlayıb. O əlavə edib ki, maksimum səmərəliliyə nail olmaq üçün qalan ölkələr də silah tədarükünü sürətləndirməlidir.

Azpost.info

Əvvəlki məqalə

“Esmiralda” öldü –

Sonrakı məqalə

Daha 2 nəfər COVID-19-a yoluxub, 1 nəfər vəfat edib