Britaniya Ukraynadakı səfirliyinin əməkdaşlarını çıxarmağa başlayıb

london01

Böyük Britaniya Ukraynadakı səfirliyinin bəzi əməkdaşlarını Kiyevdən geri çağırır.

Böyük Britaniya Rusiyanın Ukrayna sərhədinə qoşun yığması və artan təhlükəyə görə Ukraynadakı səfirliyindən əməkdaşlarını geri çəkməyə başlayıb.

Rəsmilər britaniyalı diplomatlara qarşı konkret təhdidlərin olmadığını, lakin Kiyevdə çalışan işçilərin təxminən yarısının Böyük Britaniyaya qayıdacağını bildirib.

Xarici İşlər Nazirliyindən verilən bəyanatda Britaniyanın Kiyevdəki səfirliyinin fəaliyyətini davam etdirəcəyini vurğulanıb.(APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir