“Paltarını mən alırdım, indi bizə zəng vurmur, zalım qadın!” –Ronaldonun sevgilisi əmisi və bibisi ilə əlaqə saxlamır

Ronaldonun sevgilisi Corcina Rodrigesin qohumları ondan narazılıq ediblər.

Bu haqda Britaniyanın “The Sun” nəşri məlumat yayıb. Corcinanın əmisi İusus qəzetə müsahibəsində deyib ki, qardaşı qızı onlarla əlaqəni tamamilə kəsib: “Mən heç vaxt ondan nəsə xahiş etməmişəm. O, Ronaldo ilə tanış olduqdan sonra cəmi 1-2 dəfə bizə zəng vurub. Corcina bizim də onun kimi lüks həyat yaşamadığımızdan utana bilər. Mən Corcinanın və bacısının qayğısına qalırdım, onlara paltar alır, işıq və su pullarını ödəyirdim. Feysbukda Kriştianoya yazdım ki, “ən zalım qadın sənin yanındadır. Əgər bilmək istəyirsənsə, mənimlə əlaqə saxla, sənə danışaram”.

Corcinadan onun bibisi Lidiya da narazıdır: “O, babası və nənəsinə ad günlərində belə zəng vurmağı dayandırıb. Biz özümüz ona zəng etdik. Amma demə, nömrəsini dəyişib. İndi hamı bilir ki, Corcina necə vicdansız adamdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Britaniya Ukraynadakı səfirliyinin əməkdaşlarını çıxarmağa başlayıb

Sonrakı məqalə

AŞPA-nın qış sessiyası başlayır –