Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli Ukraynaya gəlib.
Azpost.info xəbər verir ki, o, Kiyevdə Ukrayna prezidenti Vladimir Zelenski və xarici işlər naziri Dmitri Kuleba ilə görüşəcək.
XİN rəhbəri Ukraynaya yeni yardım paketini də açıqlayıb. Bura 24 təcili yardım maşını ilə yanaşı, altı zirehli maşın da daxil olacaq. Eyni zamanda, Britaniya vacib infrastrukturun bərpası üçün Ukraynaya 3 milyon funt-sterlinq və ən yoxsul ölkələrə taxıl almaq üçün “taxıl təşəbbüsü”nə daha 5,8 milyon avro ayıracaq.
Kleverli qeyd edib ki, qışın gəlməsi ilə Rusiya mülki əhaliyə, xəstəxanalara və enerji infrastrukturuna qarşı amansız hücumları ilə Ukraynanın qətiyyətini sındırmağa çalışır: “Mülki əhaliyə, xəstəxanalara və enerji infrastrukturuna qarşı vəhşi hücumlarına görə Rusiyanı sərt şəkildə qınayırıq”.
Azpost.info