Britaniyada 4500 il əvvələ aid ərazi tapılıb –FOTO

İngiltərənin Uitşir qraflığında Stounhenc daşlarının yaxınlığında 4500 il əvvələ aid ərazi tapılıb.

Dairə şəklində olan ərazi Stounhencdən iki mil aralıda yerləşir. Arxeoloqlar inanırlar ki, bu Britaniyada indiyə qədər kəşf edilmiş ən qədim tarixi abidədir. Çuxurlarda aparılan tədqiqatlar nəticəsində ərazinin 4500 il əvvəl neolit dövrü insanları tərəfindən qazıldığı müəyyənləşib.

Stounhenc Gizli Landşaft Layihəsini müəyyənləşdirmək üçün St Endryuv, Birminhem, Varvik, Qlazqo və Uels Trinity San David universitetlərinin alimləri birlikdə çalışıblar. Alimlər Stounhenc ətrafındakı ərazinin dünyada ən çox öyrənilən arxeoloji abidələrdən biri olduğunu açıqlayıblar.

Qeyd edək ki, abidə 1986-cı ildə UNESCO-nun “Ümumdünya irsi” siyahısına salınıb. (Azərtac)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bərbəri qətlə yetirən 16 yaşlı oğlan tutuldu

Sonrakı məqalə

Rusiyada azərbaycanlı tələbənin qətlində şübhəli bilinən şəxs həbs edilib