Rusiyada azərbaycanlı tələbənin qətlində şübhəli bilinən şəxs həbs edilib

Rusiyanın Volqoqrad vilayətinin Voroşilovski Rayon Məhkəməsi 17 yaşlı azərbaycanlı tələbənin vəhşicəsinə qətlə yetirilməsində şübhəli bilinən şəxs haqqında avqustun 21-dək həbs qətimkan tədbiri seçib.

APA-nın xəbərinə görə, bu barədə RİA Novosti-yə Volqoqrad vilayət Məhkəməsinin Mətbuat Xidmətinin rəhbəri Yekaterina Valkovskaya məlumat verib.

Şübhəli şəxs işsiz həyat tərzi keçirən Volqoqrad sakini 22 yaşlı Vitali Vasilievdir. Daha əvvəl onun federal axtarışa verildiyi bildirilir. Bazar günü Smolenskdə taksidə yaxalanıb.  Rusiyanı tərk etmək istəyirmiş.

Xatırladaq ki, iyunun 13-nə keçən gecə Volqoqradın mərkəzində Tibb universitetinin 17 yaşlı azərbaycanlı tələbəsi Timur Qavrilovun meyiti tapılmışdı. Gəncin qaldığı tələbə yataqxanasına qayıdarkən ona hücum edilərək 20 bıçaq zərbəsi vurulmuşdu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Britaniyada 4500 il əvvələ aid ərazi tapılıb –

Sonrakı məqalə

Bəhram Bağırzadənin səhhətində ciddi dəyişiklik yoxdur