Britaniyada bahalığa qarşı etiraz aksiyaları keçirilib

Böyük Britaniyada artan yaşayış xərcləri səbəbindən bir çox şəhərlərdə etiraz aksiyası keçirilib.

London ,Birminhem, Qlazqo və Belfast kimi şəhərlərdə keçirilən mitinqlərə minlərlə vətəndaş qatılıb.

Etirazlar yaşayış xərclərinin artması, qaz və elektrik qiymətləri və qeyri-adekvat maaş artımları səbəbində keçirilib.

Etirazçılar hökumətdən lazımi tədbirlərin görülməsini tələb edib.

Mitinqlərin keçirildiyi şəhərlərdə tıxaclar yaranıb, körpülər nümayişçilər tərəfindən bağlanıb.

Əvvəlki məqalə

ABŞ, Türkiyə və Ukrayna prezidentlərinin müşavirləri görüşüb

Sonrakı məqalə

Döyüşlər bitməyənədək Ukrayna NATO-ya daxil ola bilməyəcək