Britaniyada beş nəfər öldürən şəxsin kimliyi açıqlanıb

13 Avqust 2021 - 13:31

Britaniyanın Plimut şəhərində silahlı insident törədən şəxsin adı açıqlanıb.

Silahlı insident törədən şəxs 23 yaşlı Cek Devison olub. O, üçü qadın, ikisi kişi olmaqla beş nəfəri öldürdükdən sonra özünü öldürüb. Yerli millət vəkillərindən birinin verdiyi məlumata görə, atışma nəticəsində ölənlərdən biri 10 yaşlı uşaqdır.

Baş nazir Boris Conson özünün “Twitter” səhifəsindən həyatını itiərənlərin yaxınlarına başsağlığı verib: “Mənim düşüncələrim dünən Plimutdakı faciəli hadisə nəticəsində həyatını itirənlərin dostları və ailəsi ilə, həmçinin hadisədən təsir görən hər kəslədir”,-deyə Baş nazir bildirib.