Britaniyada son sutkada 1052 nəfər dünyasını dəyişib

10 Fevral 2021 - 09:50

Böyük Britaniyada son sutka ərzində 1052 nəfər koronavirusdan həyatını itirib. Bununla da Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 113 850 nəfərə çatıb.

APA-nın Britaniya müxbirinin verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Son sutka ərzində 12 364 nəfər koronavirusa yoluxub. Hazırda koranavirusa yoluxanların ümumi sayı 3 972 148 nəfərdir.