Britaniyada son sutkada 2763 nəfərdə koronavirus aşkarlanıb

07 Aprel 2021 - 22:59

Böyük Britaniyada son sutka ərzində 2763 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 4 367 291 nəfərə çatıb.

Bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Son sutka ərzində 45 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 126 927 nəfərə çatıb.