Britaniyanın Baş naziri Conson gizli şəkildə evləndi –

FOTO
30 May 2021 - 08:36

Böyük Britaniyanın Baş naziri Boris Conson sevgilisi Kerri Saymondsla gizli şəkildə ailə həyatı qurub.

Bu barədə “DailyMail” agentliyi məlumat yayıb.

Mənbə yazır ki, 56 Baş nazirlə 33 yaşlı K. Saymonds münasibətlərini İngiltərənin əsas katolik məbədi hesab olunan Vestminster kilsəsində rəsmiləşdiriblər.

Tədbirdə B.Consonun və xanımının ən yaxın dostları və ailə üzvləri iştirak edib. Qonaqların siyahısı tam məxfi saxlanılıb.