Daha 54 rusiyalı diplomat Çexiyanı tərk edib

Rusiyanın Praqadakı səfirliyinin 54 əməkdaşı Çex Respublikasını tərk edib.

“RİA Novosti” agentliyi xəbər verir ki, bu barədə Rusiyanın Çex Respublikasındakı diplomatik nümayəndəliyin əməkdaşı Mariya Semenova məlumat yayıb.

Onun sözlərinə səfirliyin 54 işçisi ailə üzvləri ilə birlikdə xüsusi təyyarə reysi ilə Moskvaya yola düşüb.

Xatırladaq ki, Çex Respublikası ilə Rusiya arasında diplomatik qalmaqala səbəb rəsmi Praqanın Moskvanı 2014-cü ildə Rusiya xüsusi xidmət orqanlarının iştirakı ilə törədilən Vrbetitsadakı hərbi anbarlardakı partlayışda ittiham etməsindən sonra başlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Britaniyanın Baş naziri Conson gizli şəkildə evləndi –

Sonrakı məqalə

Xarici blogerlərin azad edilmiş Ağdam şəhərinə səfəri başlayıb