Britaniyanın Baş naziri Liz Trass Ukrayna prezidenti Vladimir Zelenskiyə zəng vurub.
Azpost.info bildirir ki, bu barədə Zelenski açıqlama verib. Tərəflər son vəziyyəti müzakirə ediblər.
“Britaniyanın Baş naziri ilə danışdım. Ukraynaya beynəlxalq dəstəyin gücləndirilməsində, xüsusilə səmanın qorunması ilə bağlı Britaniyanın rəhbərliyinə etibar edirik. Biz Rusiyaya təzyiqi artırmaq üçün növbəti qətiyyətli addımları müzakirə etdik”-deyə Zelenski vurğulayıb.