Britaniyanın Bristol şəhərində etiraz aksiyasında polislə toqquşma baş verib –

10 nəfər həbs olunub
27 Mart 2021 - 18:23

Böyük Britaniyanın Bristol şəhərində etiraz aksiyası keçirilib.

Mitinq iştirakçıları Polis və Cinayət qanunundakı “hər hansı bir özəl və ya ictimai ərazidə nəqliyyat vasitələrinin icazəsiz dayanmasını qadağan edən” maddədən narazı olduqlarını söyləyiblər. Onlar həmin maddənin tətbiq olunmaması ilə bağlı şüarlar səsləndiriblər.

Mitinq zamanı polis və etirazçılar arasında toqquşma yaranıb. Etirazçılardan 10 nəfər həbs edilib.

Ölkədə koronavirus pandemiyası ilə əlaqədar olaraq, kütləvi toplaşmalar qadağandır və qaydaları pozan şəxslər cərimə edilə bilər.