Britaniyanın “Şeraton” otelinin sahibi malikanəsində öldürülüb

Mehmanxana sahibi Riçard Leksinqton Satton kənd malikanəsində bıçaqlanaraq öldürülüb.

“Sky News” xəbər verir ki, evə hücum zamanı sahibkarın həyat yoldaşı Enn Çrayber də bıçaqlanıb.

Qadın xəstəxanaya aparılıb, vəziyyəti kritik olaraq qiymətləndirilir.

Satton şirkəti tərəfindən məlumat təsdiqlənib.

Qeyd edək ki, zadəgan nəslindən olan Satton Londonda iki otelə (Beşulduzlu “Sheraton Grand” və “Lux Athenaeum”) sahib idi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dolların bu günə olan rəsmi məzənnəsi

Sonrakı məqalə

Bakıda uzun tıxac yaranıb, hərəkət dayanıb