Britaniyanın xarici işlər naziri Ceyms Kleveri keçmiş maliyyə naziri Rişi Sunakın hakim Mühafizəkarlar Partiyasına rəhbərlik etmək üçün namizədliyini dəstəklədiyini bildirib.
Azpost.info xəbər verir ki, onun fikrincə, indiki vəziyyətdə krallığa məhz o lazımdır.
“Biz həm daxildə, həm də xaricdə böyük problemlərlə üzləşirik. Hökumətin başında təcrübəsi olan adam lazımdır. Ən çox təcrübəyə malik namizəd açıq-aydın Rişi Sunakdır”, – Kleveri “Tviter”də yazıb.
Nazir qeyd edib ki, Sunak onun tam dəstəyinə arxalana bilər: “Mühafizəkarların liderinin seçkisində Sunaka səs verəcəm və buradakı qələbə krallığın baş nazirinin seçilməsinə zəmanət verir”.
Azpost.info
