Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı

Brüssel platforması Azərbaycan -Ermənistan münasibətlərinin əsasını təşkil edir –

User 14 Mart 2023 - 17:35 (Last updated: 21 May 2025 - 20:15)
ilham alman prez02

Almaniyaya işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə görüşüb.

Görüşdə Almaniya prezidenti ölkəsinin Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasına dəstək verdiyini bildirib, iki ölkə arasında tezliklə sülh müqaviləsi imzalanacağına ümidvar olduğunu qeyd edib. Almaniyanın dövlət başçısı vurğulayıb ki, ölkəsi Avropa İttifaqının üzv dövləti olaraq Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə həyata keçirilən Brüssel sülh gündəliyini dəstəkləyir.

Prezident İlham Əliyev sülh müqaviləsinin imzalanmasının təşəbbüskarının Azərbaycan olduğunu bildirərək, bu məqsədlə Azərbaycan tərəfindən 5 prinsip irəli sürüldüyünü deyib. Dövlət başçısı qeyd edib ki, hazırda sülh müqaviləsinin imzalanması istiqamətində tərəflər arasında təmaslar davam etdirilir. Prezident İlham Əliyev Azərbaycanın Şarl Mişelin təşəbbüsü ilə başladılmış Brüssel gündəliyinə sadiqliyini bir daha ifadə edib. Qeyd olunub ki, Brüssel platforması əsasında qəbul edilmiş bəyanatlar Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasının əsasını təşkil edir.

Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ölkəsinin Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstəyini bir daha ifadə edib. Almaniya prezidenti ümidvar olduğunu bildirib ki, tezliklə Brüsseldə Azərbaycan və Ermənistan dövlət başçıları arasında görüş keçiriləcək.

Daha sonra Azərbaycan prezidenti regional məsələlər haqqında danışıb. Prezident İlham Əliyev separatizmin bütün forma və təzahürlərinin qəbuledilməz olduğunu vurğulayıb və separatizmə münasibətdə vahid yanaşmanın olmasının zəruriliyini qeyd edib. Azərbaycan Prezidenti eyni zamanda, Ermənistanın qeyri-konstruktiv mövqeyinə də toxunub. Ermənistanın Laçın yolundan hərbi və qeyri-qanuni daşımalar üçün istifadə etməsi, Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərimizdə hələ də hərbi mövcudluğunu qoruması, ərazidə hələ də Ermənistana məxsus hərbi texnikanın olması Almaniya prezidentinin diqqətinə çatdırılıb. Azərbaycan prezidenti Laçın yolunda keçirilən etiraz aksiyasına da toxunaraq, bu aksiyanın Ermənistanın Laçın yolundan qeyri-qanuni daşımalarına qarşı olduğunu bildirib. Prezident İlham Əliyev Laçın yolunun son nöqtəsində – Ermənistan-Azərbaycan sərhədində Azərbaycanın sərhəd-keçid məntəqəsinin qurulmasının artıq labüd olduğunu qeyd edib.

Görüş zamanı dövlətimizin başçısı Zəngəzur dəhlizi məsələsinə də toxunaraq dəhlizin bütün region üçün alternativ dəhliz yarada biləcəyi diqqətə çatdırıb. Eyni zamanda vurğulanıb ki, Ermənistan üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırmaqla Zəngəzur dəhlizin reallaşdırılmasına mane olur.

Almaniya prezidenti verilmiş ətraflı məlumatlara görə Azərbaycan prezidentinə təşəkkürünü bildirib. Görüş zamanı regional və qlobal məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Post navigation

Previous: Kürün suyunun azalmasının səbəbi açıqlanıb
Next: “Bakı Steel Company” ilə “Oksford” məktəbi arasında əmlak davası

Oxşar xəbərlər

Pensiyaçı
  • Baş Yazı

Pensiyaçılar və müavinət alanlar nə gözləsin? – Yeni sosial paketin detalları

User 24 Oktyabr 2026 - 14:00
market
  • Baş Yazı

Azərbaycanda ərzaq bahalaşır – Ən çox qiyməti artan məhsullar hansılardır?

User 24 Oktyabr 2026 - 13:18
aqrar03
  • Baş Yazı

Azərbaycanda aqrar sahə ilə bağlı yeni qanun hazırlanır – Fermerləri nə gözləyir?

User 23 Oktyabr 2026 - 15:05

xƏBƏR

Dava
  • Sosial

Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü

User 24 Oktyabr 2026 - 20:06
Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı yeni detallar məlum olub. “Qafqazinfo” xəbər verir ki, qətli törədənlərin...
Read more about Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü
İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir ilham aliyev forum
  • İdman

İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir

User 24 Oktyabr 2026 - 19:48
Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər ay yer
  • Maraqlı

Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər

User 24 Oktyabr 2026 - 18:50
Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi? dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23
Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb payız
  • Maraqlı

Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb

User 24 Oktyabr 2026 - 18:15
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.