Brüsseldə azərbaycanlılar İran əleyhinə aksiya keçirir

Belçikanın paytaxtı Brüsseldə azərbaycanlılar İran əleyhinə aksiya keçirir.

Nümayiş Lüksenburq meydanında təşkil olunub. Buradan Avropa Parlamenti binasının önünə doğru yürüş keçirilir.

Aksiya barədə APA-ya açıqlama verən Azərbaycan Milli Dirəniş Təşkilatının Avropa təmsilçisi Səid Əzizi bildirib ki, nümayişin məqsədi uzun müddətdir İranda davam edən etirazlar zamanı ölən və xəsarət alan soydaşlarımızın haqqlarını müdafiə etməkdir.

Yürüşdə “Azadlıq, ədalət, milli hökumət”, “Azərbaycan oyaqdır, varlığına dayaqdır”, “Nə şahçıyam, nə şeyxçi, millətçiyəm, millətçi” şüarları səsləndirilib.

Əvvəlki məqalə

Azərbaycan ordusu səngər qazmaq istəyən erməniləri ərazidən qovdu

Sonrakı məqalə

“Putin Ukrayna ilə bağlı bunu hesaba qatmamışdı”