“Bryansk vilayətinə hücum terror aktıdır”- PUTİN

Rusiya prezidenti Vladimir Putin ukraynalı diversantların Bryansk vilayətinə hücumunu terror aktı adlandırıb.

Azpost.info xəbər verir ki, Putin deyib ki, basqınçılar içəridə uşaqların olduğunu görərək avtomobilə atəş açıblar.

“Bu gün daha bir terror aktı, daha bir cinayət törətdilib. Onlar sərhəd bölgəsinə daxil olaraq dinc əhaliyə atəş açıblar. Mülki maşın idi və orada mülki şəxslər, uşaqlar oturmuşdu. Adi “Niva” idi, onlara atəş açdılar”, – Putin bildirib.

Bundan əvvəl Kreml məlumat vermişdi ki, Putin regiondakı vəziyyətlə bağlı təhlükəsizlik güclərindən mütəmadi hesabatlar alır.

Azpost.info

Əvvəlki məqalə

Hacı Şahinin izdihamlı dəfni –

Sonrakı məqalə

Hacı Şahinin getdiyi özəl klinikanın kardioloqu danışdı –