“Ukrayna NATO-nun üzvü deyil, ona görə də alyansın onun qarşısında kollektiv müdafiə öhdəliyi yoxdur”.
Azpost.info xəbər verir ki, bunu Almaniyanın NATO-dakı nümayəndəsi Ryudiger König “Spiegel”ə bildirib.
“Ukrayna NATO-nun üzvü deyil. Deməli, bu, ittifaq işi deyil. Biz hamımız birlikdə Ukraynaya özünü müdafiə etməyə kömək edirik. Lakin NATO-nun bu müharibədə fəal iştirakını istəmirik. Bu, birdən-birə başqa 30 ölkənin cəlb olunacağı çox böyük müharibə demək olacaq. Bunu heç kim istəmir”, – König deyib.
“NATO bir Avropa ölkəsinin hücuma məruz qalması faktı ilə barışa bilməz. Biz Ukraynaya silah və pul göndəririk. NATO adından bunu bir çox ayrı-ayrı ölkələr edir. Bundan başqa, Avropa İttifaqı Rusiyaya qarşı sanksiyalar tətbiq edib”, – König Ukraynaya dəstək tədbirlərini sadalayıb.
Azpost.info
