“Afrika ölkələrinin Ukraynada üzrə “sülh planı”nda rus qoşunlarının çıxarılması ilə bağlı bənd yer almayıb. Nümayəndə heyətinin rəhbəri, Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa tərəfindən səsləndirilən əsas sözlər dərhal sülh danışıqlarına və hər iki tərəfdə gərginliyin azaldılmasına çağırışlardan ibarətdir”.
Azpost.info xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib.
O bu yanaşma ilə razılaşmayaraq məlum planın müharibəni dayandırmayacağını bildirib.
“Torpaqlarımızda olan işğalçı Rusiya ilə istənilən danışıqlara icazə vermək müharibəni, ağrı və iztirabları dondurmaq deməkdir. Bizə əsl sülh lazımdır ki, bu da rus qoşunlarının bütün müstəqil torpaqlarımızdan əsl çıxarılması deməkdir”, – Zelenski Afrikaliderlərindən ibarət nümayəndə heyəti ilə danışıqlardan sonra bildirib.
Zelenski missiya üzvlərini Qlobal Sülh Sammitində iştirak etməyə dəvət edib.
Ukrayna prezidentinin ofisi də konkret addım atmadan dialoqa çağırışlara əsaslanan sülh təşəbbüslərini tənqid edib. “Moskva rejimi ilə hər hansı danışıqlar prosesi mümkün deyil. Təcavüzkar xarici ərazidən çıxmalıdır”, – prezidentin müşaviri Mixail Podolyak bildirib.
Azpost.info